“Bu qədər ərköyünlük yolverilməzdir"

“Bu qədər ərköyünlük yolverilməzdir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Yunanıstanın Türkiyə təyyarələrinin “S-300” raket sistemindən təqib etməsini açıq-aşkar ərköyünlük adlandıraraq bunun qəbuledilməz olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Ankarada Milli Müdafiə Nazirliyində təşkil olunan mərasimdə Türkiyə Silahlı Qüvvələrində yüksək rütbə qazanan hərbçilərə fərqlənmə nişanları verilib. Tədbirdə 29 general və admiral, 31 zabit və 12 rütbəli zabit yeni rütbələrini alıblar.

Mərasimdə çıxış edən H.Akar Yunanıstanın son hava pozuntularına və təcavüzlərinə toxunaraq deyib: "Təəssüf ki, Ege dənizində bu pis qonşu davamlı olaraq müxtəlif üsullarla hücum edir. Bir daha təkrar edirik: donanma, quru və hava qüvvələrimiz hər hansı bir təcavüz olduqda heç vaxt güzəştə getmir və getməyəcək.

Yunanıstanın “S-300”ləri Türkiyənin “F-16” qırıcılarını NATO-da vəzifə yerinə yetirərkən radara salıb. Pis qonşumuzun etdiklərini başa düşürük, amma bu cür açıq-aşkar ərköyünlük, bu cür ehtiyatsızlıq yolverilməzdir.

Yunanıstan "təyyarələri tanımadıq" kimi bəyanat verdi. Hər yerdə yazıldı, yayıldı ki, avqustun 22-də Türkiyə Hərbi Hava Qüvvələri Amerika təyyarələrini müşayiət edəcək, bir neçə gün sonra isə bu işə yunanlar davam edəcək. Bunları bildikləri halda bu pis qonşu yalana və inkara əl ataraq "bizim xəbərimiz yox idi" deyir.

Bütün xəbərlər Facebook səhifəmizdə