"Zaporojye AES ətrafındakı yaşayış məntəqələri bombalanıb"

"Zaporojye AES ətrafındakı yaşayış məntəqələri bombalanıb"

Ukraynanın Zaporojye bölgəsindəki Enerqodar meri Dmitri Orlov bildirib ki, Zaporojye Atom Elektrik Stansiyasının ətrafındakı yaşayış məntəqələri bombalanıb, ilkin məlumatlara görə, 10 nəfər yaralanıb.

SİA-nın əldə etdiyi və şəhər merinin etirafına görə,məlumata görə, "Enerqodar şəhərinin 3-cü, 4-cü və 5-ci məhəllələri hücuma məruz qalır. İlkin məlumata görə, 10 nəfər xəsarət alıb. Evlərin şüşələri sındırılıb. Dayanan avtomobillərdə yanğın var" ifadəsini işlədib.

Orlov Rusiya işğalçılarının ölkənin Enerqodar şəhərindəki Zaporojya Atom Elektrik Stansiyasının ətrafındakı hücumlara görə Ukraynanın məsuliyyət daşıdığını göstərmək üçün Enerqodar xalqından imza toplamağa cəhd etdiyini irəli sürərək bildirib ki, Rusiya işğalçıları Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələrinə dezinformasiya məktubu hazırlayıblar və guya Ukrayna Silahlı Qüvvələrinin atom elektrik stansiyasının bombardmanının dayandırılmasını tələb edən bəyanatı çərçivəsində Enerqodar əhalisindən imza toplayırlar.

Bu arada, Ukrayna Prezident Aparatının sözçüsü Andrey Ermak Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertlərinin Zaporojye Atom Elektrik Stansiyasına yollandığını açıqlayıb.

A.Ermak elektrik stansiyası ətrafındakı hücumlarla əlaqədar olaraq "Rusiya qüvvələri Enerqodarı atəşə tutublar. Onlar dünyanı təxribata və şantaj etməyə çalışırlar"deyib.
Ukrayna Baş Qərargahından verilən açıqlamada, Rusiya ordusunun 24 fevral-21 iyun tarixləri arasında gedən müharibədə itkiləri ilə bağlı təxmini məlumatlar yenilənib.

Müharibədə həyatını itirən Rusiya əsgərlərinin sayı 47 min 100-ə yüksələrkən, Rusiyaya məxsus 234 təyyarə, 203 helikopter, 1947 tank, 4269 zirehli texnika və 1060 artilleriya məhv edilib.

Rusiya qüvvələri həmçinin 3188 texnika, 15 gəmi və yüngül sürətli qayıq və 844 pilotsuz uçuş aparatını itirib.

Rusiya Müdafiə Nazirliyi martın 25-də Ukraynada 1351 rus əsgərinin öldürüldüyünü açıqlayıb.

Ukrayna Baş Qərargah rəisi Valeriy Zalujniy fevralın 24-də Rusiya ilə başlayan müharibədə 9 minə yaxın ukraynalı əsgərin həyatını itirdiyini bildirib.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə