Aşqabadda yerli sakinlərə plastik butulka yığmağa qadağa qoyulmağa başlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Xronika Türkmənistan” məlumat yayıb.
Belə ki, Türkmənistan paytaxtının hakimiyyət orqanları qadağa üçün əntiqə bir əsas da tapıblar: sən demə, türkmənlər atılmış plastik butulkaları toplamaqla öz ölkələrini “rüsvay edirlər”.
Hazırda atılmış plastik qabların yığılmasının dayandırılması təkrar emalı məntəqələrində növbətçi olan polisə həvalə edilib. İcazəsiz plastik qab yığanlar 1800 rubl ekvivalentində cərimələnəcəklər.
Belə ki, indi butulkaları rəsmi olaraq yalnız mənzil-kommunal sektorunda çalışan təmizləyicilər yığa bilər.
Qeyd edilməliydi ki, Türkmənistanın kasıb vətəndaşları üçün plastik qabları toplamaq az da olsa qazanc yolu idi, amma...
Maraqlıdır ki, onlar qadağanın müvəqqəti olacağına ümid edirlər.
Xatırladaq ki, bir müddət bundan əvvəl Türkmənistandakı kosmetika mağazalarında yoxlamalara başlanılıb. Belə ki, qadınların sağlamlığına və görünüşünə ziyan vuran dırnaq boyaları, tuş və pomada satışdan çıxarılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB