Bağdadda etiraz aksiyaları zamanı azı 10 nəfər ölüb

Bağdadda etiraz aksiyaları zamanı azı 10 nəfər ölüb

Bağdadda etirazlar zamanı azı 10 nəfər ölüb, 200-ə yaxın adam yaralanıb. TASS-ın yerli KİV-ə istinadən verdiyi xəbərə görə, həlak olanlar arasında bir neçə təhlükəsizlik işçisi də var.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Saraya əl-Salamın yarımhərbiləri federal təhlükəsizlik qüvvələrinə kömək etmək üçün İraq paytaxtının “yaşıl zonasına” daxil olublar.

Qeyd edək ki, “Əl-Cəzirə” telekanalı komendant saatına baxmayaraq, “yaşıl zona”da gərgin vəziyyət qalmaqdadır. Deyilənlərə görə, atəş səsləri hələ də eşidilir.

Xatırladaq ki, bu gün Bağdadda şiə siyasətçi Müqtəda əs-Sədrin yüzlərlə tərəfdarı İraq hökumətinin qərargahının yerləşdiyi Respublika Sarayına daxil olub. Binanın dəhlizlərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.

Onu da qeyd edək ki, bundan əvvəl əs-Sədr məhkəmə sistemini parlamenti buraxmağa, ölkə prezidentini isə qanunverici orqana erkən seçkilərin tarixini təyin etməyə çağırıb. Lakin İraqın Ali Məhkəmə Şurası bundan imtina edib və siyasətçinin tərəfdarları küçələrə çıxıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə