Paşinyan Putinlə telefonla danışıb

Paşinyan Putinlə telefonla danışıb

Ermənistan və Rusiya liderləri arasında telefon danışığı olub. SİA xəbər veri ki, telefon danışığı zamanı ikitərəfli gündəlikdəki məsələləri, eləcə də Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər. Tərəflər ikitərəfli əməkdaşlığın mütərəqqi inkişafını qeyd ediblər.

Qarabağ mövzusuna toxunan Paşinyan və Putin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların bəndlərinin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə