“Laçın və Zabux ermənilər üçün tarixə çevrildi” - Raffi Ovannisyan
Biz Qarabağın əvvəlki blokadasına bir addım da yaxınlaşmışıq. Bu barədə İrs Partiyasının rəhbəri, Ermənistanın keçmiş xarici işlər naziri Raffi Ovannisyanın Ermənistan mətbuatına verdiyi açıqlamada deyilir.
O, həmçinin qeyd edib: “Məğlub olmuş Ermənistanın və onun Ali Baş Komandanının hakimiyyəti altında vətənin hissə-hissə qəsdlə təhvil veriləcəyi, dövlətin öz suverenliyindən əl çəkəcəyi, ölkəmizin qızıl nəslinin daha bir şəhid verəcəyi göz qabağında idi. Ermənistan-Qarabağ həyat yolunun Laçın hissəsi və Zabux kəndi bizim razılığımızla tarixə çevrildi. Kreslolara, pula və digər bu kimi amillərə əsaslanaraq onun ailəsi və partiya üzvləri Vətənə xəyanət yolunu seçiblər. Dövlət orqanları öz konstitusion vəzifələrinə etinasız yanaşaraq respublikanın konstitusiya quruluşunu və vətəndaşların hüquqlarını deyil, mövcud hakimiyyətin təhlükəsizliyini qoruyurlar. Nəzərdən keçirməyə çox az vaxt qalıb. Bu tövbə yolu keçmiş hakimiyyət orqanlarına da eyni dərəcədə aiddir. Daxili məyusluq, laqeydlik, qəzəb, qorxu vəziyyətindən birlikdə çıxmalıyıq. Biz yaradıcı və erməni mərkəzli həll yolları ilə vahid yanaşmaya arxalanmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB