Notting Hill Karnavalı başladı

1966-cı ildən İngiltərədə keçirilən Notting Hill Karnavalı 2 ildən sonra paytaxt Londonda yenidən başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu festival İngiltərədə hər il avqustun sonunda təşkil edilən və son 55 ildə Rio Festivalından sonra dünyanın ikinci ən böyük festivalıdır.

Avropanın ən böyük küçə festivalı kimi də tanınan Notting Hill Karnavalı 2017-ci ildə Grenfell Tower yanğınında həyatını itirən 72 nəfərin anım qaçışı və 72 saniyəlik sükutla başlayıb. Minlərlə insanın qatıldığı tədbirdə rəqs nümayişləri rəngli görüntülərə səhnə olarkən, iştirakçılar zibillərini yerə atdıqları üçün London küçələri zibillənib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə