ABŞ kəşfiyyatı Türkiyədəki iş adamlarını ruslara daşınmaz əmlak satdıqları üçün “mənfi nəticələrlə” üzləşə biləcəkləri barədə xəbərdarlıq edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Yeni şafak” nəşri paylaşıb.
Nəşrin yazdığına görə, Mərkəzi kəşfiyyat idarəsinin nümayəndəsi Rusiya Federasiyası vətəndaşlarının Türkiyədə fəal şəkildə almağa başladıqları daşınmaz əmlakla maraqlanıb.
Nümayəndə, xüsusən də, türk tikinti şirkətlərinə hansı valyutada və hansı kanallarla ödəniş edildiyini öyrənməyə çalışıb. “Bloomberg”in məlumatına görə, son üç ayda ruslar Türkiyədə rekord sayda mənzil alıblar. Bundan əlavə, ölkə rus milyarderlərinin aktivlərinin köçürülməsi üçün cəlbedici olub.
Bu arada Ukraynada keçirilən xüsusi əməliyyat və Ankaranın Moskva ilə əlaqələri kəsmək istəməməsi fonunda Mərkəzi kəşfiyyat idarəsinin Türkiyədə fəallığı artıb. ABŞ Türkiyə Sənayeçi və Sahibkarlar Birliyinə də məktub göndərərək Rusiya Federasiyası ilə “əməkdaşlığın nəticələri” ilə bağlı xəbərdarlıq edib.
Maraqlıdır ki, Türkiyənin maliyyə naziri Nurəddin Nebati yerli iş adamlarını bu sənədə əhəmiyyət verməməyə çağırıb.
Bunu isə rusların TASS agentliyi yayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB