Respublikaçıların 60 faizi Trampı dəstəkləyir

Respublikaçıların 60 faizi Trampı dəstəkləyir

Təxminən on Respublikaçıdan altısı keçmiş ABŞ lideri Donald Trampın 2024-cü il ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməli olduğuna inanır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,bunu bazar günü ABŞ-ın milli qəzeti və “Ipsos” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri də sübut edir.

Beləliklə, həm nəşrin, həm də sosioloji xidmətin ehtimallarına görə, respublikaçı respondentlərin 59 faizi Trampın namizədliyini dəstəkləyir, 41 faizi isə seçkilərdə Respublikaçılar Partiyasını başqa siyasətçinin təmsil etməli olduğuna inanır.

Bu arada demokrat respondentlərin 44 faizii hazırkı dövlət başçısı Cozef Baydenin 2024-cü ildə yenidən seçilməli olduğunu qeyd edib, 56 faizi isə başqa namizədin onların partiyasını təmsil etməli olduğuna inanır.

Qeyd edək ki, sorğu iştirakçılarından keçmiş prezidentin müsbət xüsusiyyətlərini sadalamaq istənildikdə, respublikaçıların təqribən – 90 faizi Trampın öz məqsədinə çatmaq üçün əlində olan bütün vasitələrdən istifadə etməyə hazır olduğunu bildirib. Respublikaçı respondentlərin 82faizi eks-prezidentin 2024-cü il seçkilərində qalib gələ biləcəyinə inanır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə