Avstriya kansleri Karl Nehammer enerji qiymətlərinin artması ətrafında yaranmış vəziyyəti həll etmək üçün vahid Avropa yanaşması təklif edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, kanslerin təklifini "OE24" xəbər portalı yayıb.
"...Biz nəhayət, enerji bazarlarında baş verən çılğınlığı dayandırmalıyıq və bu, yalnız Avropanın həlli yolu ilə həyata keçirilə bilər", - deyən kansler elektrik enerjisinin mübadilə qiymətinin həm iqtisadiyyat, həm də sənaye üçün aşağı düşməli olduğunu bildirib.
Qeyd edək ki, Avropada qazın qiyməti mart ayından bəri ilk dəfə olaraq min kubmetr üçün 3500 avronu ötüb.
Nehammer, yaxınlarda Avropa İttifaqındakı həmkarları ilə bu məsələ ilə bağlı danışıqları davam etdirəcəyini bildirib.
Maraqlıdır ki, siyasətçi hər gün Rusiyaya elektrik enerjisinin Avropa qiymətlərini müəyyən etmək imkanı verməməyi də zəruri hesab edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB