Makron təhqir yox, tənbeh edilməliydi?

Makron Əlcəzairdə təhqir və etirazlarla üzləşib
Makron təhqir yox, tənbeh edilməliydi?

...Gərək ki, ötən ilin oktyabr və ya noyabr aylarında Əlcəzair prezidenti Abdulməcid Tebbun Fransa ilə gərginliyi azaltmaq üçün ilk addımı atmayacağı barədə xəbərdarlıq etmişdi. O, heç bir əlcəzairli prezidentin ölkəsini təhqir edənlərlə əlaqə saxlaması ilə razılaşmayacağını da bəyan etmişdi.

Qeyd edək ki, həmən vaxt fransanın gündəlik qəzeti olan “Le Parisien” in də sonradan etdiyi etirafa görə, hər şey Fransanın müstəmləkəçiliyindən əvvəl Əlcəzair millətinin varlığına şübhə ilə yanaşan Emmanuel Makronun açıqlamalarından sonra başlamışdı.

Xatırladım ki, həmən vaxt Emmanuel Makron bir az “başından yuxarı” danışaraq, çıxışlarının birində “Əlcəzair milləti Fransanın müstəmləkəçiliyindən əvvəl mövcud idimi? Sual budur”-kimi səsəm bir ifadə işlətmişdi.

Təbii ki, o vaxt Makronun dediklərini qarşıdan gələn prezident seçkiləri ilə əlaqələndirənlər də oldu. Amma yenə də, onun dediklərindən belə başa düşülürdü ki, guya ... Əlcəzair millət deyilmiş və Fransa... gedib onu millət edib.

...Deyim ki, mən burada fransızların əsil tərifini verdiyi üçün Adolf Hitlerə “rəhmət” oxumaq istərdim, amma nə isə...

...Deməli, ötən vaxtdan bəri, gərək ki, ilk dəfə olaraq, bizlərdə deyildiyi kimi, “üzünə-üz tutub” Əlcəzairə səfər edən Fransa prezidenti Emmanuel Makron yerli əlcəzairlilər tərəfindən elə də yaxşı qarşılanmayıb...əslində, təhqir edilib.

Belə ki, Əlcəzairin əyalət şəhərlərindən biri olan Oran şəhərində olarkən “fransız mədəniyyəti” nümayiş etdirən Makron yerli kafelərdən birinə baş çəkib.

Prezident burada əvvəlcə normal qarşılansa da, sonradan vəziyyət dəyişib. Belə ki, əhali Fransa prezidentinin ünvanına kəskin ifadələr işlədib, ölkənin Əlcəzairə qarşı siyasətini pisləyib.

...Təbii ki, vəziyyətin daha da pisləşməsinə imkan vermək istəməyən Makron bu dəfə də “fransız mədəniyyəti” nümayiş etdirərək heç nə olmamış kimi avtomobilə minərək uzaqlaşıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə