Danışıqlarla bağlı... rusların tələbi

Danışıqlarla bağlı... rusların tələbi

Federasiya Şurasının üzvü Aleksey Puşkov Rusiya ilə Ukrayna arasında danışıqların mümkünlüyünü qiymətləndirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə o, Telegram kanalında yazıb.

Beləliklə, onun sözlərinə görə, Kiyev təslim olmağa və Moskvanın qalan tələblərini yerinə yetirməyə hazır deyil və bu şərtlər yerinə yetirilmədən danışıqlar prosesinin mənası yoxdur. Senator əlavə edib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin əvvəlki danışıqları və bəyanatları, eləcə də hadisələrin sonrakı gedişatı bunu inandırıcı şəkildə nümayiş etdirib.

“Danışıqların görünməsi naminə danışıqlar nəinki faydasız, həm də lazımsızdır”, - Puşkov deyib bunları.

Qeyd edək ki, bundan əvvəl Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri, LDPR lideri Leonid Slutski Rusiyanın Ukrayna ilə danışıqlara hansı şərtlərlə hazır olacağını açıqlamışdı. Onun sözlərinə görə, Ukrayna tərəfi qeyd-şərtsiz təslim olmağa hazır olarsa, Moskva danışıqlar prosesini nəzərdən keçirməyə hazırdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə