Kremldə çevrilişə cəhd olub..?

Rusiya prezidenti Vladimir Putinin rejimi çevriliş nəticəsində “dağıla” bilər. Yəni bu gün Kremldə Vladimir Vladimiroviçin devrilmək ehtimalı böyükdür.

Qeyd edək ki, SİA-nın da əldə etdiyi məlumata görə, bunu Ukraynanın “Televiziya Xəbər Xidməti”də (TSN) rusiyalı müxalifətçi və publisist Andrey Piontkovski səsləndirib.

Onun dediyinə görə,ötən həftə Rusiyada daxili çevrilişə cəhd olsa da, amma bunu hələ ki, çox az adam fərq etdi.

Piontkovskinin fikrincə, bu çevrilişin ilhamvericisi qeyri-rəsmi ultrafaşist partiyadır, yəni Aleksandr Duqindir. Və Putini ifşa edən Girkin son verilişlərdə hətta Putinin asılmasını tələb edib.

Qeyd edək ki, bu gün Girkin kimi çağırılan rusiyalı hərbçi, dövlət və siyasi xadimi, bundan əlavə publisist və yazıçı kimi İqor İvanoviç Strelkov və Sergey Viktoroviç Runov təxəllüsləri ilə də tanınır.

Maraqlıdır ki, rus siyasi xadim, bu gün Putini daxili etirazlar fonunda devirməyin mümkünlüyünü istisna etmir.

“...Nüvə silahına sahib olan suveren dövlətə qarşı hərbi təcavüz çox təhlükəli qumar oyunudur. Düşünürəm ki, Qərb liderləri arasında ən qaynar başlar belə bunu başa düşür”. Bunu Piontkovski bildirib.

Yeri gəlmişkən, bir müddıt bundan əvvəl Rusiya hərbçilərinin müharibədə uğursuzluğa düçar olduğu üçün çevriliş edib Putini öldürə biləcəkləri deyilirdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə