Ukrayna Silahlı Qüvvələri Xerson yaxınlığında işğalçıların anbarlarını, texnikasını, xüsusən də hava hücumundan müdafiə sistemlərini məhv edib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Xerson vilayət hərbi administrasiyası sədrinin müşaviri Sergey Xlan öz “Facebook” səhifəsində yazıb.
Xerson vilayətindəki körpünün zədələndiyini bildirən Xlan, bunun rusların işinə yarımadığını, rusların maddi-texniki təminatında çətinliklər yaratdığını bildirib.
Hazırda rusların Xerson vilayətindən geri çəkilmək niyyətində olmadıqlarını ehtimal edən Xlan, Rusiya ordusunun silahla bağlı böyük çətinliklər yaşadığını da bildirib.
Xlan işğalçı rusların bu gün də bölgədə terrorlarını davam etdirdiklərini, evlərə soxulduqlarını, soyğunçuluqla məşğul olduqlarını, insanları oğurladıqlarını bildirib.
Xlanın dediyinə görə, rus işğalçıları yerli valideynlərə övladlarını məktəbə göndərmək üçün güclü təzyiq göstərirlər, çünki sentyabrın 1-də onlar təhsil prosesinin uğurla başlanması ilə bağlı mənzərəni təqdim etməlidirlər.
Buna görə də, ruslar indidən əl-ayağa düşüblər. Məktəbə şagird göndərməkdən imtina edəcək valideynləri cərimələrlə, hətta valideynlik hüququndan məhrum etməklə qorxudurlar.
Xlana görə, rusların bu “canfəşanlığı” da səthi xarakter daşıyır. Çünki onlar minimum sayda təhsil müəssisələri açıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB