Şərq ölkələri dünyada iqtisadi dəyişikliklərin mühərriki

Şərq ölkələri dünyada iqtisadi dəyişikliklərin mühərriki

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Péter Siyyarto Şərq ölkələri dünya iqtisadiyyatındakı böyük dəyişikliklərə öz töhfələrini verdiklərini bildirib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə Tihanı şəhərində keçirilən “Tranzit” ictimai forumunda çıxışı zamanı bildirib.

Qeyd edilməlidir ki, Şərq ölkələrini dünyada iqtisadi dəyişikliklərin mühərriki adlandıran Siyyarto, Qərb və Çin iqtisadiyyatlarının birləşmə tendensiyasını tanımağa çağırıb. “Biz heç vaxt müəssisələrə nə coğrafiyaya, nə də partiyaya görə ayrı-seçkilik etməmişik, Macarıstan iqtisadiyyatının inkişafına töhfə verə biləcək hər kəsi dəstəkləmişik. Və etiraf etmək lazımdır ki, bu qlobal böhran daha güclü şəkildə təsdiqlədi ki, bu gün dünya iqtisadiyyatında böyük transformasiyaların ticarət küləkləri mütləq şərqdən əsir...”

Qeyd edilməlidir ki, “...dünya təkcə Amerika və Avropadan ibarət deyil. Və başqa bir vacib məqam. Liberal siyasətdə, liberal xarici siyasətdə, liberal düşüncədə çatışmayan şey hörmətdir”-deyən Siyyarto əvvəllər ABŞ və Avropanı digər ölkələrə hörmətsizlikdə ittiham etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə