Türkiyə Xarici İşlər Nazirliyi Fransa prezidenti Emmanuel Makronun Türkiyəni hədəf alan sözlərinə reaksiya verib.
“Fransa prezidenti Emmanuel Makronun Əlcəzairə səfəri çərçivəsində Türkiyə və bir sıra digər ölkələrə qarşı fikirləri son dərəcə əsassızdır. Başda Əlcəzair olmaqla, Afrikadakı müstəmləkəçi keçmişi ilə üz-üzə qalmaqda çətinliklər yaşayan Fransanın prezidenti E.Makronun Türkiyə və bir sıra ölkəni günahlandırmaqla istismarçı tarixindən diqqət yayındırmağa cəhdi edir”. SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç mövzu ilə bağlı açıqlamasında bildirib.
Nazirliyin sözçüsü deyib: “Biz düşmənliyi deyil, dostluğu təşviq edirik. Afrika Birliyinin strateji ortaqları sırasında yer alan Türkiyə həm Əlcəzair, həm də Afrika qitəsinin digər ölkələri ilə əlaqələrini günbəgün genişləndirmək, qarşılıqlı etimad və ortaq maraqlara söykənən münasibətlər qurmaqla hörmətli şəkildə irəliləməkdədir.
Fransa Afrika qitəsində özünə qarşı etirazlar görürsə, onların mənbəyini müstəmləkəçi keçmişində və bu mövqeyini fərqli üsullarla davam etdirmək səylərində axtarmalı, özünü düzgün məcraya yönləndirməlidir. Üzləşdikləri problemləri aradan qaldırmaq əvəzinə onları üçüncü ölkələrin boynuna atmaq sosial prosesləri və tarixi unutmaqdan daha çox bəzi siyasətçilərin təhrifçilik mentalitetini göstərir.
Fransa digər ölkələri, o cümlədən Türkiyəni əsasız olaraq günahlandırmaqdan vaz keçib öz müstəmləkəçi keçmişi ilə barışmaq yolu tutmalıdır.”
Qeyd edək ki, E.Makron Əlcəzairin paytaxtı Əlcəzairin Sent-Ejen (Saint-Eugene) xristian və yəhudi qəbiristanlığını ziyarət edərkən jurnalistlərə açıqlamasında Rusiya və Çin, eləcə də Türkiyədən gələnlərin Afrikada Fransa əleyhinə təbliğat apardıqlarını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB