NATO-nun qərargah rəisləri bu dəfə Estoniyada bir araya gəlir

NATO-nun qərargah rəisləri bu dəfə Estoniyada bir araya gəlir

NATO ölkələrinin qərargah rəisləri sentyabrın 16-18 tarixlərində Estoniyanın paytaxtı Tallində bir araya gələcək.

NATO-dan verilən məlumata görə, NATO Hərbi Komitəsinin iclasları çərçivəsində görüşlər keçirəcək, qərargah rəisləri iyun ayında Madrid Sammitində müdafiə və çəkindirmə ilə bağlı qəbul edilən qərarların icrasını müzakirə edəcəklər.

SİA-nın əldə etdiyi məlumata görə, NATO Hərbi Komandanlığının rəhbəri admiral Rob Bauerin sədrliyi ilə keçiriləcək görüşlərdə NATO-nun İraq Missiyasının və Kosovo Qüvvələrinin (KFOR) fəaliyyətləri müzakirə olunacaq.

NATO-ya üzvlük üçün müraciət etmiş İsveç və Finlandiyanın baş qərargah rəisləri də ilk dəfə qonaq qismində iclasda iştirak edəcəklər.

Xatırladaq ki, NATO Hərbi Komitəsinin iclasları ildə 2 dəfə Belçikanın paytaxtı Brüsseldəki qərargahında, digər vaxtlarda isə müttəfiq ölkənin ev sahibliyi ilə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə