“Moderna” “Pfizer” və “BioNTech” şirkətlərini məhkəməyə verdi

“Moderna” “Pfizer” və “BioNTech” şirkətlərini məhkəməyə verdi

Amerikanın biotexnologiya firması “Moderna” rəqibləri “Pfizer” və “BioNTech” şirkətlərini yeni növ koronavirus (Kovid-19) peyvəndinin hazırlanması prosesində mRNA texnologiyasından qeyri-qanuni istifadə etdiyi səbəbilə məhkəməyə verib.

SİA-nın əldə etdiyi məlumata görə, “Moderna”nın baş hüquq məsləhətçisi Şennon Taym Klinger (Shannon Thyme Klinger) yaydığı məlumatda bildirib: "Biz inanırıq ki, “Pfizer” və “BioNTech” “Moderna”nın ixtiralarını qanunsuz surətdə köçürüb və şirkətin icazəsi olmadan onlardan istifadəyə davam edir. "Covid-19” peyvəndlərinin hazırlanmasında istifadə edilən mRNA texnologiyası “Moderna”ya aiddir. Ona görə “Pfizer” və “BioNTech” şirkətləri təzminat verməlidir.

“Pfizer” 2010-cu ildən bəri “Moderna”nın mRNA peyvəndi texnologiyası üzərindəki işlərə sızmağa çalışırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə