Uşaq qaçıran 3 şəxs diri-diri yandırıldı

Uşaq qaçıran 3 şəxs diri-diri yandırıldı

Mərkəzi Amerika ölkəsi Qvatemalada 11 yaşlı uşağı qaçıran 3 şübhəli kişi qəzəbli kütlə tərəfindən polis bölməsindən çıxarılaraq diri-diri yandırılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 30 min əhalisi olan Çalatenanqo rayonunun Xemal kəndində yaşayan 11 yaşlı Freddi Eliseo Mendez Pablo avqustun 12-də qaçırılıb.

Meksika sərhədinə yaxın kənddən qaçıranlar onun ailəsindən 1900 dollar fidyə tələb ediblər. Ailə uşağın sağ olduğuna dair sübut istəyərkən foto göndərilib. Fotoşəkildə əlləri stula bağlanmış Freddi Mendez və maskalı, həmçinin silahlı adam yer alıb.

Mendez ailəsi övladını xilas etmək üçün 1900 dollar fidyə ödəsə də, Freddi sərbəst buraxılmayıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə