Türkiyə Xarici İşlər Nazirliyi Makronun sözlərinə reaksiya verib

Türkiyə Xarici İşlər Nazirliyi Makronun sözlərinə reaksiya verib

Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü səfir Tanju Bilgiç Fransa prezidenti Emmanuel Makronun Türkiyəni hədəf alan sözlərinə reaksiya verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sözçü Bilgiçin açıqlamasında Fransa prezidenti Emmanuel Makronun Əlcəzairə səfəri zamanı bəzi ölkələrlə birlikdə ölkəmizi hədəf alan açıqlamalar verməsinin son dərəcə təəssüf doğurucu olduğunu bildirib.

Əlcəzair başda olmaqla Afrikada müstəmləkə keçmişi ilə üzləşməkdə çətinlik çəkən Fransa prezidenti Makronun digər ölkələri, o cümlədən Türkiyəni ittiham edərək müstəmləkə keçmişindən qurtulmağa çalışması qəbuledilməzdir.

Düşmənçiliyi deyil, dostluğu təşviq edən, Afrika Birliyinin strateji tərəfdaşları arasında yer alan Türkiyə həm Əlcəzair, həm də Afrika qitəsinin digər ölkələri ilə əlaqələri günü-gündən inkişaf etdirir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə