Cənubi Koreyada robotlar ofisiantları işsiz qoyur

Cənubi Koreyada robotlar ofisiantları işsiz qoyur

Cənubi Koreyanın paytaxtı Seulda bir çox ticarət mərkəzlərində və kafelərdə robot ofisiantlardan istifadə edilməyə başlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hər cür içki hazırlaya bilən robotlar əməyinin baha olduğu Seulda ofisiant işini öz üzərinə götürərək insanları işsiz qoymağa başlayıb.

Məkanlarda 24 saat işləyən, məzuniyyətə çıxmayan, maaş istəməyən və sığortaya ehtiyacı olmayan robotlar həm işəgötürənlərin, həm də texnologiyadan xəbərdar olan müştərilərin diqqətini çəkir.

Aşağı elektrik xərcləri sayəsində qənaətcil olan robotlar işəgötürənlərin ümidi, işçilərin isə kabusu olub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə