Avropanın ən böyüyü olan Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığında Ukrayna-Rusiya qoşunları arasında toqquşmaların nüvə fəlakətinə səbəb ola biləcəyi ilə bağlı narahatlıq artır. SİA xarici mətbuata istinadən xəbər verir ki, elektrik stansiyası yaxınlığında davam edən qarşıdurmalardan və onun ətrafında baş verən yanğınlardan sonra enerji təchizatının kəsilməsindən sonra açıqlama verən Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasətləri üzrə Ali Nümayəndəsi Josep Borrell vəziyyəti narahatedici adlandırıb.
"Zaporojye Atom Elektrik Stansiyası ətrafındakı vəziyyət son dərəcə narahatedicidir. Rusiya zədələnmiş elektrik xətlərini təmir etməli və Ukrayna elektrik şəbəkəsi ilə tam əlaqəni bərpa etməlidir",- deyə Borrel Rusiyaya müraciət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB