Çində leysan səbəbindən 17,300 nəfəri təxliyə edilib

Çində leysan səbəbindən 17,300 nəfəri təxliyə edilib

Sıçuan əyalətinin hakimiyyəti Çinin cənub-qərbində yağan güclü yağışlar səbəbindən 17,3 mindən çox insanı təxliyə edib.

SİA Trend-ə istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası xəbər verib.

Məlumata əsasən, üç inzibati vahidin - Mianyanq və Yaan şəhərlərinin və Aba qəzasının əhalisinin fəlakət zonasında olduğu məlum olub. Onlarda təxminən 6,4 milyon insan yaşayır.

Yerli fövqəladə hallar qurumu hələ də tez-tez sürüşmə və daşqınlara səbəb olan güclü yağış və daşqınların təhlükəli nəticələrini qeydə almayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə