Almaniya və Fransada elektrik enerjisi kəskin bahalaşıb

Almaniya və Fransada elektrik enerjisi kəskin bahalaşıb

Bu həftə Avropada elektrik enerjisi kəskin bahalaşıb.

SİA APA-ya istinadən xəbər verir ki, ən ciddi bahalaşma Almaniya və Fransada qeydə alınıb. Belə ki, 1000 meqavatt saat enerji üçün Almaniyada 850, Fransada isə 1 000 avro ödəmək lazım gəlir. Ötən ilin bu günündə isə 1 meqavat elektrik hər 2 ölkədə təxminən 85 avro idi.

Bütün xəbərlər Facebook səhifəmizdə