Norveç Rusiyaya qarşı 7-ci sanksiya paketinə qoşulub

Norveç Rusiyaya qarşı 7-ci sanksiya paketinə qoşulub

Norveç Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 7-ci sanksiya paketinə qoşulub.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Norveç XİN məlumat yayıb.

Qeyd edək ki, 7-ci sanksiya paketinə Rusiya ilə kommersiya əlaqələrinin minimuma endirilməsi, müxtəlif fiziki və hüquqi şəxslərə məhdudiyyətlərin tətbiqi və Rusiya qızılının alışının qadağan edilməsi daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə