Məsəl var deyərlər, camaata it hürər...bizə də çaqqal.
...Caqqal demişkən, o gün Xankəndidə özünü “artsax səlahiyətlisi” sayan David Babayan adlı birisi Qazaxıstan və Azərbaycanın çox sıx əməkdaşlıq etməsindən “narahatlıq” ifadə edib. (...denən, daha nə olacaq)
Babayan, Qazaxıstanın atdığı bəzi addımların, xüsusən də, bu ölkənin Prezidenti Qasım-Comərd Tokayevin Qarabağla bağlı söylədiklərinin, guya onun üçün çoxlu suallar doğurduğunu da bildirib. (...dağıl, ay dünya)
...Qarabağın, Şərqi Zəngəzurun necə dinamik dirçəldiyini görürük. Şübhə yoxdur ki, Sizin səyləriniz sayəsində bu rayon yaxın gələcəkdə çiçəklənən diyara çevriləcək”.
Deyim ki, bunu Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.
“...Bu gün qazax xalqı adından hədiyyəmizin təqdimatı oldu, burada - mən Füzuli şəhərini nəzərdə tuturam, - gələn ilin sonuna kimi Kurmanqazı adına Uşaqların Yaradıcılıq İnkişafı Mərkəzi tikiləcək. Obyektin tikintisini isə Qazaxıstanın aparıcı tikinti şirkətinə “BI”-yə həvalə edilib”.
Qeyd edim ki, bunu da Qazaxıstan Prezidenti bildirib.
...Və Qazaxıstanın Türküstan şəhəri ilə Azərbaycanın qədim Şuşa şəhərləri arasında bağlanan qardaşlaşma müqaviləsi...deyəsən, bu təkcə Babayanın deyil, elə bütün ermənilərin... atalarına od qoyub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB