Mariya Zaxarova bu dəfə də...şərh verdi

Mariya Zaxarova bu dəfə də...şərh verdi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın xüsusi nümayəndəsi Qabriel Eskobarın “Kosovo Serbiyadır” rəvayətini unutmağın vaxtı gəldiyi barədə sözlərini şərh edib.

SİA xəbər verir ki, “RİA Novosti” bu barədə Mariya Zaxarovanın Telegram kanalına istinadən məlumat yayıb.

Beləliklə, ABŞ-ın Qərbi Balkanlar üzrə xüsusi nümayəndəsi Qabriel Eskobar “N1” telekanalına verdiyi müsahibəsində bildirib ki, “Kosovo Serbiyadır” ifadəsi artıq uyğun deyil, unudulmalı və “Kosovo və Serbiya Avropadır” ifadəsi ilə əvəz olunmalıdır.

Rusiyanın XİN səlahiyyətlisi Mariya Zaxarova bu açıqlamaya reaksiya verərək Balkanlar üzrə xüsusi nümayəndəsini “tənqid” edib.

Onun fikrincə, Kosovonun Serbiya olduğunu unutmaq...heş vaxt olmayacaq.

Xatırladaq ki, avqustun 1-dən etibarən Priştinanın Serb nömrələri və sənədləri olan avtomobillərin bölgəyə girişinə qadağa qoyulması tələbi ilə Kosovo ətrafında vəziyyət gərginləşib. Çoxlu serblərin yaşadığı Kosovonun şimalında iğtişaşlar başlayıb. Respublika hakimiyyəti buna cavab olaraq hüquq-mühafizə orqanlarını ora çəkib. Bundan sonra ABŞ qadağanın qüvvəyə minməsini sentyabrın 1-dək təxirə salmaq tələbi ilə Kosovoya müraciət edərək, respublikanı razılaşdırıb.

Qeyd edək ki, Belqrad bu addımı bəyənsə də, amma Serbiya və Kosovonın indiyədək qarşısı alınmış ciddi münaqişə astanasında olduğunu da gizlətməyib.

Onu da bildirək ki, bir gün əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç, hazırda Kosovonun Serb nömrələri və sənədləri olan avtomobillərin bölgəyə girişinə qadağa qoyulması ilə bağlı razılığa gəlməyin mümkün olmadığını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə