Kanadada atışma olub, xəsarət alanlar var

Kanadada atışma olub, xəsarət alanlar var

Kanadada atışma olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə yerli CTV telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Ottava şəhərinin mərkəzində baş verib. Atışma zamanı azı 5 nəfər yaralanıb.

İnsident parlament binası kompleksinin yaxınlığında yerləşən bazar ərazisindəki bar və restoranların bağlanmasından sonra baş verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları güllə yarası almış 3 nəfəri aşkar edib, onlar xəstəxanaya yerləşdirilib. Daha sonra daha iki nəfər də tibbi yardım üçün xəstəxanaya müraciət edib.

Polis kimin atəş açdığını və digər zərərçəkənlərin olub-olmadığını araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə