Zelenski: İşğalçılar etiraf edirlər ki, onların Ukrayna torpağında xilas olmaq şansları yoxdur
Ölümə məhkumlar..?

“...İşğalçı kimi gələn ruslar onların Ukrayna torpaqlarında xilas olmaq şanslarının olmadığını anlamağa başlayıblar”.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski axşam videomüraciəti zamanı deyib.

Onun sözlərinə görə, bu günlərdə cəbhə xəttində vəziyyət dəyişməz olaraq qalır.

“...Əsgərlərimiz işğalçıların atəşini və maddi-texniki potensialını azaltmaq üçün əlindən gələni edir. Düşünürəm ki, hamınız işğalçıların bazalarının, onların karvanlarının, istifadə etdikləri çay keçidlərinin dağıdılması ilə bağlı müvafiq xəbərləri görürsünüz və bunlar uğurludur”-deyən Zelenski cəbhə xəttindəki vəziyyətin tezliklə öz xeyrlərinə dəyişə bilcəklərinə də ümidlidir.

Zelenski onu da vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri və bütün Ukrayna xalqı hər gün rus işğalçılarına sübut edir ki, onların Ukrayna torpaqlarında özlərini xilas etmək şansları yoxdur və olmayacaq.

“Gün gələcək ki, işğalçılar bunu tanıyacaqlar. Yaxud da, sadəcə olaraq, burada qalmayacaqlar”, - dövlət başçısı əlavə edib.

Rusiya hələ də Donbasın ələ keçirilməsinə diqqət yetirib. Baş Qərargahın cümə günü axşam saatlarında verdiyi məlumata görə, Rusiya Federasiyası Baxmut istiqamətindəki hücumları iflasa uğratdı.İşğalçıların Nevelskoye istiqamətində taktiki vəziyyəti yaxşılaşdırmaq cəhdi də uğursuzluqla başa çatdı.

Bu arada Müharibənin Tədqiqi İnstitutu, düşmənin irəliləməsinin kulminasiya nöqtəsinə çatdığını bildirib: Rusiya taktiki uğurları daha geniş əməliyyatlara çevirə bilməz.

Bu da Müharibənin Tədqiqi İnstitutunun gəldiyi qənaətdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə