YPG/PKK tərəfdarları İsveç, Finlandiya və Türkiyəyə qarşı nümayiş keçirib
Finlandiyanın paytaxtı Helsinkidə separatçı terror təşkilatı YPG/PKK tərəfdarları İsveç, Finlandiya və Türkiyəyə qarşı nümayiş keçirib.
SİA-nın bəzi qaynaqlardan əldə etdiyi məlumata görə, Finlandiya Xarici İşlər Nazirliyinin qarşısına toplaşan terror tərəfdarları Finlandiya və İsveçdən Türkiyənin NATO-ya üzvlüklə bağlı tələblərini qəbul etməməyi və NATO-ya daxil olmamağı tələb ediblər.
İyunun 28-də İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Sammitində Türkiyə, Finlandiya və İsveçin imzaladığı Üçlü Memorandum çərçivəsində qurulan Daimi Birgə Mexanizmin ilk iclasının keçirilməsinə qarşı çıxan YPG/PKK terror tərəfdarları mitinqdə öz bayraqlarını açıblar.
İsveç Fərqli Rənglər Partiyasının (Nyanlar) sədri Mikayıl Yükselin seçki plakatları da dağıdılıb, təhqiramiz ifadələr yazılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB