Şimali Koreya son vaxtlar Çinlə sərhəd bölgəsində müşahidə edilən yüksək qızdırma hallarının "qorxulan “Covid-19” deyil, qripdən qaynaqlı" olduğunu bildirib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, KCNA Şimali Koreya mərkəzi xəbər agentliyinin (KCNA) məlumatına görə, Ryanqqanq əyalətində 4 nəfərin yüksək hərarəti olub və bunun “Covid-19” olduğu düşünülüb. Lakin xəstələr üzərində aparılan analizlərdə yüksək hərarətin qripdən qaynaqlandığı müəyyən edilib.
Xatırladaq ki, Şimali Koreya başçısı Kim Çen İn avqustun 10-da “Covid-19”a qarşı qələbə qazandıqlarını bəyan edərək iyulun 29-dan bu yana ölkədə yeni yoluxma hallarının aşkar edilmədiyini bildirib.
Qeyd edək ki, “Covid-19” epidemiyası başlayandan bəri ölkədə virusun yayılmadığını iddia edən Şimali Koreyada 2022-ci ilin may ayında ilk dəfə yoluxma aşkarlandığı deyilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB