Tayvan ordusunda rekord təsərrüfat artımı baş verib

Tayvan ordusunda rekord təsərrüfat artımı baş verib

Çin və Tayvan arasında gərginlik son vaxtlar intensivləşdirilən hərbi təlimlərlə artarkən, Taypey administrasiyası müdafiə büdcəsində rekord artıma imza atıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 24 milyon əhalisi olan ölkə müdafiə büdcəsini 13,9 faiz artıraraq 19 milyard dollara çatdırmağı hədəfləyir. Bu da ümumi dövlət xərclərinin 15 faizinə bərabərdir.

Tayvan prezidenti Tsay İnq-ven tərəfindən təklif edilən yeni büdcə hazırda parlamentin təsdiqi prosesindədir. Təsdiqlənsə, bu, müdafiə xərclərinin ardıcıl altıncı artımı olacaq. Çin daha əvvəl müdafiə büdcəsini 7,1 faiz artıraraq 211 milyard dollara çatdıracağını açıqlamışdı. İki qonşunu ayıran Tayvan boğazı ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin bu ayın əvvəlində Taypeyə səfərindən sonra hərbi fəaliyyətə səhnə olub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə