İranda su qıtlığı yaşanır

İranın qərbində yerləşən Həmədan şəhərində yüzlərlə insan içməli su qıtlığına etiraz olaraq küçələrə çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ardıcıl ikinci gün nümayişçilər boş su qabları ilə qubernatorluq binası qarşısına toplaşıblar.

200-ə yaxın insan şəhərə su xəttinin kəsilməsinə etiraz olaraq qubernatorluq binası qarşısına toplaşıb. Şəhərin bəzi hissələrinin 8 gündür susuz qaldığı bildirilir. Əllərində boş şüşə tutan nümayişçilər hakimiyyət əleyhinə şüarlar səsləndiriblər.

İranın "Hemşehri" qəzetinin məlumatına görə, bəzi insanlar, o cümlədən qadınlar digər vətəndaşları "cəsarətlə" nümayişlərdə iştirak etməyə çağırıblar. Nümayişçilər qubernatorun və hadisədə iştirak edən məmurların istefasını tələb edirlər.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə