Yetimin də Allahı olur...

Etiraf edilməlidir ki, rus saytları bu səpkili yazıları verməkdən “məmnunluq” duyurlar.

Beləliklə,.. qarşıdan gələn qış yüksək qaz qiymətlərinə görə Ukrayna tarixində ən çətin qış olacaq.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu prezident Vladimir Zelenski bildirib. O, min kubmetr qazın qiymətinin 3300 dolları ötdüyü vəziyyəti “çox təhlükəli və çox kəskin” adlandırıb.

...Amma necə deyərlər,.. yetimin də Allahı olur.

Belə ki, avqustun 18-də Ukraynanın baş naziri Denis Şmıqal Kanadanın Ukraynaya yeni maliyyə yardımı edəcəyini açıqlayıb.

Onun dediyinə görə, Kanada Ukraynaya həmrəylik nümayiş etdirərək qazın alınması üçün 450 milyon Kanada dolları (təxminən 350 milyon ABŞ dolları) yardım edəcək.

Xatırladaq ki, hələ iyulda Ali Radanın deputatı Dmitri Razumkov Rusiya qazının müsadirəsini Ukraynanın “hüquqi öhdəliyi” olduğunu demişdi. Bununla yanaşı o, Rusiya ilə Avropa arasında bağlanan müqavilələrə əhəmiyyət verməməyi təklif etmişdi.

...Daha sonra deputat tranzit qazı oğurlayıb Avropaya satmağı təklif etmişdi. Bununla bağlı o izahat da vermiçdi ki, “Avropa ilə sərhədə qədər bu, Rusiya qazıdır” və Rusiya ilə Avropa ölkələri arasında qaz tədarükü müqavilələrinə məhəl qoyula bilməz.

Bunu da rus saytları yazıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə