Ruslara Şengen verilməsi üçün sadələşdirilmiş rejim ləğv edilsin!

Ruslara Şengen verilməsi üçün sadələşdirilmiş rejim ləğv edilsin!

Çexiya hökuməti Avropa İttifaqı ölkələri ilə Rusiya, eləcə də Belarus arasında viza rejiminin sadələşdirilməsini tamamilə dayandırmağı təklif edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu

“Bloomberg” Çexiyanın xarici işlər naziri Yan Lipavskinin bəyanatına istinadən xəbər verir.

Güman edilir ki, məhdudiyyətlərin bu “kompromis” variantı qəbul olunarsa, ruslar və belaruslar hələ də viza üçün müraciət edə biləcəklər, lakin onlara daha çox sənəd lazım olacaq, onların işlənməsi müddəti artacaq və viza rüsumu indiki kimi 35 deyil, 80 avro olacaq.

Ehtimal olunur ki, hazırda Avropa İttifaqına sədrlik edən Çexiya gələn həftə Praqada keçiriləcək Avropa İttifaqının xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə müzakirə üçün təklif təqdim edəcək.

Bu təklif bəzi ölkələrin əvvəllər təklif etdiyi ruslara Avropa vizalarının verilməsinə tam qadağa qoyulmasına rahat alternativdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə