Ukraynadan olan qaçqınların yerləşdirilməsi üçün hökumət proqramına imza atan Britaniya ailələrinin təxminən 25 faizi artan inflyasiya və elektrik ödənişləri fonunda vəsait çatışmazlığı səbəbindən yaxın bir neçə həftə ərzində “imzaatmadan” imtina edəcəklər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Daily Mail” nəşri yayıb.
Ukraynalılara yardım layihəsinin iştirakçıları bildirirlər ki, ölkədəki ciddi maliyyə böhranı səbəbindən mühacirlərə qayğı göstərmək onlar üçün hər gün çətinləşir.
Əslində, “RİA Novosti”nin yazdıqlarına inansaq, hazırda dolanışıqsız qalan ingilislər bir azdan “bir-birlərinin ətini” yeyəcəklər.
Britaniyalı jurnalistlərin məlumatına görə, ada dövlətinin bəzi sakinləri qaçqınların qayğısına qalmaq üçün minlərlə funt-sterlinq xərcləyiblər. Dövlət hər övladlığa götürülmüş ailəyə aylıq subsidiya vəd edib, lakin,.. rusların yazdığına görə, “hələ ki, arada heç nə yoxdur”.
...Həmçinin, Böyük Britaniya sakinləri dil baryeri və mədəniyyət kodundakı fərqliliklər səbəbindən də şikayətlənirlər.
Bu dəfə də rusların yazdığına görə, britaniyalı və ukraynalı qaçqınlar arasındakı anlaşılmazlıq ukraynalıların dəfələrlə evsiz qalmasına səbəb olur.
Ötən həftə Ukraynadan İspaniyaya gələn qaçqınlar ölkədəki iqtisadi problemlər səbəbindən evlərinə qayıtmağa məcbur olublar.
...İspaniyada qıtlıqdır?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB