Dostumsan, yoxsa...

Böyük Britaniyanın xarici işlər naziri və baş nazirliyə namizəd Liz Trass Fransa prezidenti Emmanuel Makronun ölkəsinin dostu olub-olmadığını “bilmədiyini” deyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,

o, seçki tədbirində baş nazir postuna hər iki namizədə verilən “Prezident Makron – dost, yoxsa düşmən?” sualını cavablandırarkən bildirib.

“Hələ aydın deyil... Baş nazir olsam, onu sözlərinə görə deyil, hərəkətlərinə görə mühakimə edəcəm”- deyə Trass cavab verib.

Maraqlıdır ki, baş nazir postuna ikinci namizəd Rişi Sunak da öz növbəsində Makronun Britaniyanın dostu olduğunu bildirib.

Qeyd edək ki, “Brexit”dən sonra Britaniya ilə Fransa arasında münasibətlərdə çoxsaylı fikir ayrılıqları yaranıb: xüsusən, tərəflər La-Manş boğazında qanunsuz miqrantlarla mübarizə və balıq ovu kvotaları ilə bağlı hələ də razılığa gələ bilmirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə