Ermənistan üçün “taleyüklü məsələ”...

Ermənistan üçün “taleyüklü məsələ”...

...Ermənistanın heç vaxt Rusiya ilə münasibətləri korlamaq və ya pisləşdirmək istəməyib. Hesab edirəm ki, mövcud resurslarımızın elementar hesablanması da bu fikrin lehinə danışır.

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, Bu fikri “Ədalətli Ermənistan” partiyasının lideri Norayr Norikyan deyib. Təbii ki, tanış mövzudur və həmişə ermənilərin “quyruqları qapı arasında qalanda” mütləq bu mövzuya qayıdırlar.

...Hesab edirəm ki, onsuz da düşmənlərlə əhatə olunmuş Ermənistanda Rusiyanın timsalında heç kimə yeni düşmən lazım deyil. Bizim həddən artıq məhdud imkanlarımızı nəzərə alsaq, Rusiya Federasiyasında anti-erməni əhval-ruhiyyəsinin formalaşması əlbəttə ki, bizim maraqlarımıza uyğun deyil. Yalnız Moskva ilə İrəvanın qırmızı xətləri çərçivəsində münasibətləri tənzimləmək vəzifəsini qoymaq və həyata keçirmək bizim maraqlarımızdadır.

Bunları deyən partiya sədri, özünün guya hələ 2018-ci ildən, yəni “məxməri inqilab”dan da əvvəl rusların Ermənistandakı ən böyük təbliğatçılrından biri olduğunu yada salır... və keçir əsas məsələyə.

...Deməli, Norikyan “məxməri inqilab”dan sonra Ermənistan siyasi elitasının əsas vəzifə kimi Moskvanı digər ölkələr, ilk növbədə isə Azərbaycanı alternativ strateji müttəfiq kimi nəzərdən keçirməsinə mane ola bilmədiklərinə görə... tənqid edir. Hətta bunu bacarmadığına görə erməni elitasının invanına ittihamlar da yağdırır.

Norikyana görə, o vaxt buraxılan səhvlərin “ciddiliyini nəzərə alaraq”, indi Ermənistan rəhbərliyi bu səhvlər üzərində daha ciddi işləməlidir.

Ermənistanın bu gün virtual olaraq xarici asılılıq vəziyyətində olduğunu deyən Norikyan ölkənin alternativ imkanlarının çox az olduğunu da etiraf edir. Onun fikrincə, guya buradan Azərbaycanın Naxçıvan və Türkiyə ilə kommunikasiya marşrutları ilə təmin olunması prosesində dəhliz məntiqinin tamamilə aradan qaldırılması üçün bütün səylərin göstərilməsi zərurəti yaranır.

Onun fikrincə, vəziyyət bu gün həqiqətən də “kritik və taleyüklüdür”. Yəni, Norikyana görə, bu gün Ermənistan batıb-boğulmaq təhlükəsi ilə üz-üzədir.

Maraqlıdı ki, erməni siyasətçi bunu hazırda ermənilərin “boğazlarından asılan” dəhliz “problemi” ilə əlaqələndirir.

Onun dediyinə görə, guya bir sıra beynəlxalq və daxili siqnallara əsasən məlum olur ki, dəhliz məsələsi bu gün Ermənistan üçün son dərəcə kəskin bir məsələ olaraq qalmaqdadır.

...Və buna görə, Ermənistan rəhbərliyi məhz bununla bağlı taleyüklü qərar qəbul etməli olacaq.

Paşinyan hökumətinin dəhliz məntiqinə alternativ nəsə irəli sürməyə çalışdığını bildirən Norikyan, Ankara və ya Bakının dəhliz ideyasından imtina edəcəyinə də inanmır.

Buna görə də o, hazırda Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, bu və ya digər şəkildə ermənilərin dəhliz məntiqi ilə razılaşmaq istəmədiklərini dünyaya çatdırmağı məsləhət görür.

Təbii ki, ermənilər bu sahədə, yəni yalandan ağlayıb sızlamaqda böyük “mütəxəssisdirlər”.

Amma deyim ki, Norikyan əmindir, əgər günü sabah dəhliz reallaşsa, bununla Ermənistanın olan-qalan “suverenliyi də əlindən çıxacaq”.

Ağasəf Babayev

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə