Cavabımız “ağır” olacaq...

Belarusda İkinci Dünya Müharibəsi zamanı həlak olmuş polşalı əsgərlərin məzarları dağıdılıb.

SİA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lukaş Yasina sosial şəbəkələrdə bildirib.

Yasina bildirib ki, Belarusun Qrodno vilayətinin Surkontı kəndi yaxınlığında polşalı əsgərlərin məzarlarının yerləşdiyi qəbiristanlıq “Minsk rejimi tərəfindən dağıdılıb”.

Polşa səsmisi “rejim bu vəhşiliklərin əvəzini verəcək” deyə vurğulayaraq, qəhrəmanların xatirəsinin bu yolla silinə bilməyəcəyinə diqqət çəkib.

Bu arada Belarusun “Blizko.by” portalı yazıb ki, Polşa Xarici İşlər Nazirliyinin nümayəndəsinin də məzarların dağıdılmasına reaksiyasının özünü çox gözlətməyəcəyini və sərt olacağını bildirib. Xarici işlər naziri, Yasinanın sözlərinə görə, artıq cavab üzərində işləyir.

Xatırladaq ki, bundan əvvəl Polşanın Bjeq şəhərində Qırmızı Ordu əsgərlərinə ucaldılmış sovet abidəsinin söküldüyü də bildirilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə