Rusiya prezidenti Vladimir Putin ölkə iqtisadiyyatında göstəricilərin sabitləşdiyini bəyan edib, “Bədxahların və paxılların bizə qarşı yaratmağa çalışdığı problemlərə baxmayaraq, büdcəmiz lazımi sürətlə doldurulur, neft və qaz gəlirlərimiz artır” deyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Moskvada Federal Vergi Xidmətinin (FNS) rəhbəri Danil Yeqorovla görüşündə ölkə iqtisadiyyatı ilə bağlı qiymətləndirmələr edən V.Putin deyib: “Rusiyanın enerji ixracatındakı gəlirlər artmağa davam edir. Bədxahların və paxılların bizə qarşı yaratmağa çalışdığı problemlərə baxmayaraq, büdcəmiz lazımi sürətlə doldurulur, neft-qaz gəlirlərimiz artır. Üstəlik qeyri-neft-qaz gəlirlərimiz də artır. İqtisadi göstəricilərimiz hal-hazırda sabitləşməkdədir. Bütün bunlarla belə, risklər yenə var, ortamüddətli perspektivdə ola da bilər, hələ keçməyib”.
D.Yeqorov da 2022-ci ilin birinci yarısında Rusiyanın federal büdcəsinə vergi daxilolmalarının ötən ilin eyni dövrü ilə müqayisədə 32 faiz artaraq 16,9 trilyon rubla (təxminən 284 milyard dollar) çatdığını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB