Milyonlarla insanı su ilə təmin edən “Mead” gölü quruyur

Milyonlarla insanı su ilə təmin edən “Mead” gölü quruyur

ABŞ-da son illərdə yaşanan quraqlıq səbəbiylə 40 milyon insanı su ilə təmin edən Mead gölünün suları sürətlə azalmağa bBŞ Meliorasiya Bürosunun (USBR) hesabatına görə Nevada və Arizona ştatlarının sərhəddində yerləşən “Mead” gölündə su səviyyəsi 27 faizə qədər azalıb.

SİA-nın əldə etdiyi məlumata görə, iqlim dəyişikliyi səbəbindən ABŞ-ın bir çox bölgəsindəki göllərdə su səviyyəsinin azaldığına diqqət çəkən alimlər “Mead” gölündə bunun bariz şəkildə müşahidə olunduğunu qeyd edirlər.

Mütəxəssislərə görə Huver bəndindəki “Mead” gölündə su səviyyəsi 1999-cu ildən bəri hava istiliyinin artması, Kolorado çayını qidalandıran qar suyunun azalması və əhalinin çoxalması ilə istehlakın artması səbəbindən davamlı olaraq azalır.

aşlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə