Məhkəmə Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin oğlu Aleksandr Yanukoviçə məxsus 8 milyon dollardan çox vəsaitin Ukrayna kəşfiyyatının ehtiyacları üçün köçürülməsinə qərar verib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki,
bu barədə TASS Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumatda deyilir ki, Ukrayna Baş Prokurorluğu müvafiq sübut bazası” toplayıb və Viktor Yanukoviçin oğlunun əmlakının zorla ələ keçirilməsinə başlayıb.
Söhbət ÜmumUkrayna İnkişaf Bankı İctimai Səhmdar Cəmiyyətinin Baş Kəşfiyyat İdarəsində göstərilən vəsaitlərindən gedir.
Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanovun sözlərinə görə, ələ keçirilən vəsait idarənin səmərəliliyini artırmaq üçün lazım olan texniki avadanlıqların alınmasına sərf olunacaq.
Xatırladaq ki, ötən ilin oktyabrında Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi “Mejihirya” iqamətgahı işi üzrə Aleksandr Yanukoviçin barəsində qiyabi həbs qətimkan tədbiri seçmişdi.
Daha əvvəl isə Yanukoviç və oğlu Vışqorodski rayonu ərazisindəki tikililər kompleksini qanunsuz olaraq öz xeyrinə çevirməkdə şübhəli bilinirdilər. Elə buna görə də, 2015-ci ilin yayında iqamətgahın əmlakına həbs qoyuldu və 2017-ci ildə torpaq sahələri dövlətə verilib.
Xatırladaq ki, bundan da əvvəl İsveçrənin Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və oğlunu sanksiya siyahısına daxil etdiyi bildirilirdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB