Finlandiyanın baş naziri ağladı

Rəsmi iqamətgahında çəkilən görüntülərin sosial şəbəkədə yayımlanmasından sonra çətin vəziyyətdə qalan Finlandiyanın baş naziri göz yaşları içində "Üzr istəyirəm. O foto heç vaxt çəkilməməli idi" deyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Finlandiyanın baş naziri Sanna Marin Lahtidə keçirilən mitinqdə mətbuata sızan görüntülərinə görə üzr istəyərkən göz yaşlarını saxlaya bilməyib.

Marin rəfiqələri ilə məclisdə oxuduğu və rəqs etdiyi görüntülər və yay iqamətgahında iki üstsüz qadının nalayiq fotosu sosial mediaya sızdıqdan sonra tənqid hədəfinə çevrilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə