Ma-on qasırğası Çinə çatıb

Ma-on qasırğası Çinin cənubundakı Quanqdonq əyalətindəki Maominq şəhərinə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ağaclar yıxılarkən dəniz, hava və dəmir yolu nəqliyyatında fasilələr yaranıb.

Güclü yağışa səbəb olan tayfun həyata mənfi təsir edib. Küləyin sürəti saatda 118 kilometrə çatdığı halda, güclü fırtına nəticəsində ağaclar aşıb, reklam lövhələrinə ciddi ziyan dəyib.

Ştatın bir çox şəhərində yüksək sürətli qatar və bərə xidmətləri dayandırılıb, dəniz layihələrində çalışan işçilər təxliyə edilib. Honq-Konqla sərhəddə yerləşən Şençjen şəhərinin hava limanında saat 14.00-a qədər bütün uçuşlar təxirə salınıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə