Rusiyada minik avtomobillərinin istehsalı bu ilin iyul ayında illik müqayisədə 80,6 faiz azalaraq 19,4 min ədəd təşkil edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Federal Dövlət Statistika Xidmətinin məlumatında deyilir.
Maraqlıdır, Rusiyanın Federal Dövlət Statistika Xidməti iyulda əvvəlki ayla müqayisədə minik avtomobillərinin istehsalının 44,5 faiz artdığını deyir. Amma bununla yanaşı, ümumilikdə bu ilin yeddi ayı ərzində Rusiyada 300 min avtomobil istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 64,2 faiz azdır.
Onu da xatırladaq ki, Rusiyada yeni minik avtomobillərinin və yüngül ticari avtomobillərin (LCV) satışı bu ilin iyul ayında illik müqayisədə 74,9 faiz azalıb.
Məsələ bundadır ki, hazırda rus avtomobillərinə alıcı da yoxdur. Belə ki, bu ilin 7 ayında satışlar illik müqayisədə 60,5 faiz azalaraq 368,9 min avtomobil təşkil edib.
Beləliklə, Avropa Biznesləri Assosiasiyasının hesablamalarına görə, Rusiyanın ən böyük avtomobil istehsalçısı olan “AvtoVAZ” iyulda cəmi 10,323 min “Lada” avtomobili (illik ifadədə 68 faiz az), ilin əvvəlindən bəri 85,037 min (63 faiz azalma) sata bilib.
Necə deyərlər,.. bazar olsun!
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB