Meksikanın Qvadalaxara şəhərindən ABŞ-ın Los-Anceles şəhərinə uçan sərnişin təyyarəsinin mühərriki havada yanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təyyarə mühərriki sıradan çıxdıqdan sonra Qvadalaxara hava limanına məcburi eniş edib.
Bildirilib ki, təcili eniş səbəbindən hava limanında 8 reys gecikib. Təyyarənin mühərrikindən çıxan qığılcım və alovları görən sərnişinlər təşvişə düşüb, bəziləri hadisəni mobil telefonları ilə lentə alıblar. Təyyarənin uğurlu təcili enişi sərnişinlər tərəfindən alqışlarla qarşılanıb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB