Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz Ukraynada nizamlanma ilə bağlı Avropa İttifaqında sərt mübahisələrlə üzləşiblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri köşə yazarı Müctəba Rəhman “Politico” üçün yazdığı məqalədə qeyd edib.
Jurnalist bildirib ki, Rusiya ilə bağlı Avropa İttifaqında gizli mübarizə və fikir ayrılığı var. Onun sözlərinə görə, Makron və Şolz Mərkəzi və Şərqi Avropa ölkələrindən Ukraynadakı vəziyyətlə bağlı mövqelərini gizlədirlər, bu da diplomatiya yolu ilə sülhə nail olmaqdır.
“Ukraynaya dəstək bəyanatlarının arxasında bir tərəfdən Almaniya, Fransa və Baş nazir Mario Draqinin istefasına qədər İtaliya, digər tərəfdən Polşa, Baltikyanı ölkələr, Skandinaviya və Finlandiya arasında sakit çəkişmə dayanır”. Bunun da Müctəba Rəhman yazır.
Köşə yazarı əlavə edib ki, ABŞ Ukraynadakı döyüşləri dəstəkləməkdə davam etsə də, Almaniya və Polşa Avropa İttifaqı daxilində birliyi qoruyub saxlamağa çalışsalar da, amma öz mövqelərini bəyan etməyəcəklər.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Ukraynadakı münaqişəni danışıqlar yolu ilə həll etmək arzusunda olduğunu açıqlamışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB