İtaliya sahillərində rusiyalı milyarderin yaxtası batıb

İtaliya sahillərində rusiyalı milyarderin yaxtası batıb

İtaliyanın Katanzaro şəhəri yaxınlığında İon dənizində 40 metrlik yaxta batıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə İtaliyanın Sahil Mühafizə Xidməti məlumat yayıb.

Söhbət “Kuzbassrazrezugol” holdinqin ortaq sahibi və “Krutrade” şirkətinin direktorlar şurasının sədri Gennadi Ayvazyana məxsus olduğu iddia edilən “May Saga” yaxtasından gedir.

Hadisə bir neçə gün əvvəl sahildən doqquz dəniz mili aralıda baş verib: yaxta Puglia bölgəsindəki Gelipoli limanını tərk edərək Siciliyanın şimal-şərq sahilindəki Milazzoya gedib.

Bütün xəbərlər Facebook səhifəmizdə