Rusiya Ukraynaya qarşı müharibə üçün gizli də olsa, yeni könüllü birləşmələr yaratmaqda davam edir.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Müharibə Araşdırmaları İnstitutunun hesabatında deyilir.
Analitiklərin fikrincə, guya yaradılan əksər “batalyonlar” gücləndirilmiş şirkətlər ölçüsündədir.
Maraqlıdır ki, Müharibə Araşdırmaları İnstitutu Rusiyadakı “könüllülər”in müharibənin əvvəlində Ukraynaya hücum edən batalyonların döyüş gücü ilə heç bir əlaqəsinin olmadığını deyirlər.
Yəni yeni yaradılan könüllülər batalyonu məhdud təlim görmüşlərdir ki, onlardan döyüş meydanında necə istifadə olunacağı da hələ aydın deyil.
Analitiklər onu da qeyd ediblər ki, Moskvada Sobyanski alayının yaradılması ilə bağlı kütləvi informasiya vasitələrinin yaydığı bir sıra xəbərlərdən sonra, yəqin ki, moskvalıların tənqidindən yayınmaq üçün işə götürülmə adı altında aparılan səfərbərlik” artıq ört-basdır edilib.
O da maraqlıdır ki, Ukrayna tərəfi rusların döyüşlərdə daha əvvəlki “kəsəri”nin olmadıqlarını deyirlər.
Belə ki, onların Donbası ələ keçirmək cəhdləri bunu bir daha sübut edib.
Belə ki, avqustun 24-də növbəti dəfə Peski və Nevelskoye üzərində nəzarəti bərqərar etməyə çalışan ruslar, itki verərək geri çəkilib. Rusiya Federasiyası Silahlı Qüvvələrinin Soledar, Baxmutski və Kodemaya hücumları da uğursuzluqla başa çatdı.
Ukraynanın Müstəqillik günündə, avqustun 24-də rus qoşunları Dnepropetrovsk vilayətində Xmelnitski vilayətinin Xarkov şəhərinə hücum ediblər, amma uğursuzluğa düçür olub 22 ölü və əllidən artıq yaralı ilə geri oturdulublar.
...Ukrayna saytlarının yazdıqlarına inansaq, Ukraynaya qarşı yarım ildir davam edən döyüşlərdə ruslar artıq kadr çatışmazlığı ilə üzləşiblər. Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya komandanlığı raket qüvvələrinin mütəxəssisləri və hərbi matroslar hesabına öz piyada birləşmələrini doldurmağa çalışırlar.
Qeyd edilməlidir ki, bu gün Ukrayna üçün də ağrılı anlar yaşanmaqdadır. Məsələn, Avropa Komissiyasının məlumatına görə, hazırda 7,5 milyon ukraynalı qaçqın vəziyyətinə düşüb.
...Amma Kəşfiyyat Baş İdarəsi Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsində dönüş nöqtəsinin başladığını bildirir. Belə ki, Ukraynalı kəşfiyyatçıların fikrincə, rus işğalçıları öz qoşunlarının o qədər də güclü olmadığını və hava hücumundan müdafiə sistemlərinin elə də etibarlı olmadığını anlamağa başlayıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB