Ermənistan hökuməti, Müdafiə Nazirliyi tərəfindən hazırlanan yeni bir qanun layihəsini təsdiqləyib.
SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, Ermənistanda qəbul edilən yeni layihəyə hərbi xidmətə çağırılan çağırışçını dörd ay yarımdan sonra xidmətdən azad edə bilər.
Bunun üçün dörd ay yarım ərzində hərbi təhsil mərhələsini keçməli və Ermənistanın dövlət büdcəsinə 24 milyon dram ödəməlisən.
Qeyd edək ki, bəzi erməni hərbçiləri bu layihənin ordunun mənəvi və psixoloji vəziyyətinə təsirsiz ötməyəcəyini deyirlər.
...Bunun, təkcə orduya deyil, ailələr də təsir edəcəyini iddia edənlər var. Təbii ki, burada övladların öz valideynlərinə onları ordudan xilas etmək üçün təhriklərin də olacağı istisna edilmir.
Əslində bunu mən yox, erməni səlahiyyətliləri də etiraf edirlər.
Bundan əlavə, bəzi erməni hərbçiləri bütün dövrlərdə hərbdəki təlim mərhələsinin 6 aydan az olmadığını əsas gətirərək, ermənilərdə niyə bunun 4,5 ay olduğunu söyləməkdə çətinlik cəkirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB